“Qərb Ukrayna münaqişəsində məğlubiyyətini qəbul edib. Müharibəni başa çatdırmaq gücündə deyil”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri türkiyəli politoloq Engin Özer deyib.
Onun sözlərinə görə, danışıqların irəlilədiyini göstərən əsas əlamətlərdən biri əsir mübadiləsidir:
“Ukrayna üzrə sülh danışıqlarının yekun mərhələsi çox güman ki, yaxın vaxtlarda Türkiyədə keçiriləcək. Gələcək razılaşmanın mühüm məqamlarından biri Rusiyaya qarşı sanksiyaların ləğvi olacaq. Biz elə bir mərhələyə daxil oluruq ki, müharibə faktiki olaraq Qərbin məğlubiyyəti ilə başa çatıb, lakin o bunu elan etmək iqtidarında deyil”.
Safura Bənnayeva
Globalinfo.az