İclas zamanı Putinə qara xəbər verildi

“Kursk vilayətindəki vəziyyət Kiyev rejiminin Moskva və vasitəçilərin sülh təkliflərini niyə rədd etdiyini açıqlayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı keçirdiyi iclasda deyib.

O, Ukraynanın bununla danışıqlarda mövqeyini yaxşılaşdırmağa çalışdığını bildirib:

“Onların hücumu hərbi məqsəd daşıyır. Səbəbi də danışıqlarda mövqelərini yaxşılaşdırmaqdır. Ukrayna Qərb ağalarının iradəsini yerinə yetirir. İlk növbədə Rusiya ordusu ukraynalıları ölkə ərazisindən çıxarmalı, sərhədlərin təhlükəsizliyini təmin etməlidir. Daha sonra düşmənə layiqli cavab veriləcək”.

Kurskun qubernatoru Aleksey Smirnov isə V.Putinə deyib ki, vilayətin 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətinə keçib.

Qubernatorun sözlərinə görə, həmin ərazilərdəki 2 minə yaxın insanın taleyi məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az