1723312745 belarus ukrayna

ABŞ Nümayəndələr Palatasına Ukrayna ilə bağlı yeni qanun layihəsi təqdim edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova məlumat yayıb.

O bildirib ki, yeni qanun layihəsində Kremlin Ukraynadakı fəaliyyətinin soyqırımı olaraq tanınması təklif olunub.

Ukrayna səfiri bu təklifin iki partiyadan ortaq şəkildə irəli sürüldüyünü bildirib. Sənəddə həmçinin ABŞ-a NATO və Avropa İttifaqı ilə birlikdə Rusiyanın fəaliyətinin qınaması, o cümlədən Ukraynanı dəstəkləməklə bağlı çağırış edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: