“Ukrayan Sevastopolu atəşə tutmaq üçün Müqəddəs Troitsa bayramı gününü seçdi”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
O, Ukraynanın ritual cinayət törətdiyini bildirib:
“Belə bir zərbə üçün tarix təsadüfən seçilməyib – Müqəddəs Troista günü, biz Kiyev rejiminin niyyətinin nə olduğunu çox yaxşı başa düşürük. Bu, Rusiya ilə əlaqəli hər şeyə dərin nifrətin göstəricidir”.
Safura Bənnayeva
Globalinfo.az