1676545044 ukrayna italiya

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı mübahisəli görüşdən sonra Ukrayna daha da aqressivləşib. Rusiya bir tərəfdən Ukrayna ərazilərini ələ keçirir, digər tərəfdən ABŞ hərbi və maliyyə yardımını dayandıracağını bildirir. Bunun fonunda isə Ukrayna Moskvaya zərbələr endirməyə başlayıb.

Hazırda Rusiya-Ukrayna münaqişəsinin son vəziyyəti necə dəyərləndirilir? Ukraynanın xilas yolu varmı?

turab rzayev

Turab Rzayev

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, tərəflər sülh müqaviləsi imzalanana qədər öz mövqelərini gücləndirməyə çalışırlar:

“Rusiya hazırda daha çox ərazi ələ keçirməyi planlayır. Bununla da Ukraynanı parçalamış olacaq. İnfrastrukturu məhv olmuş, ərazilərini itirmiş Ukrayna Rusiyanın təsirinə keçməyə məcbur qalacaq. Putin düşünür ki, Ukrayna cəbhədə həddindən artıq çox itki verərsə, Zelenski hakimiyyətdən gedə bilər.

Ukrayna isə ilkin şərtlər daxilində sülh müqaviləsinin imzalanmasını istəmir. Çünki bu, Zelenskinin siyasi karyerasını bitirər, eyni zamanda Ukraynanı zəif mövqeyə salar. Faktiki olaraq ərazisinin 20 faizinin itkisi ilə barışacaq, daha sonra isə dövlət kimi mövcudluğu sual altına düşəcək. Zelenski açıq şəkildə Trampın təkliflərinə yox deyə bilmir. Vəziyyət Ukrayna üçün ağır başa gəldi. ABŞ-ın maliyyə yardımından Kiyev çox asılıdır. Kurskda olduğu kimi Moskvaya zərbələr endirməklə diqqəti yayındırmağa çalışırlar. Donald Trampın iki tərəfə də təzyiq imkanı var”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: