Türkiyə Futbol Federasiyası Merih Demirala iki oyunluq cəza verilməsi barədə yayılan xəbərləri təkzib edib.
Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.
Oyunçu ilə bağlı rəsmi qərar sabah veriləcək.
***
UEFA Merih Dəmiralı 2 oyunluq cəzalandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə türkiyə Teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Avstriyaya iki qol vuran Merih Dəmiral Bozqurd işarəsi göstərmişdi. Türkiyə millisinin üzvünün “Bozqurd” işarəsi UEFA tərəfindən “siyasi” olaraq qəbul edilmişdi və Merih Demirala qarşı araşdırma başlamışdı.