Ucarda pambıq emalı sexində yanğın oldu

Ucarda yanğın olub.

FHN-dən Globalinfo.az-a verilən məlumata görə, Ucar şəhərində pambıq emalı sexində elevatorun içərisində 100 kiloqram pambıq tullantıları yanıb.

Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.