tusk 1 900x556 1

“Ukraynaya dəstək Kiyevə göstərilən xidmət deyil, Polşanın öz təhlükəsizliyinə yatırılan töhfədir”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

“Polşa-Ukrayna münasibətləri ilə bağlı mübahisə etmək olar. Amma heç kim şübhə edə bilməz ki, Ukraynanın Rusiya ilə müharibəsində dəstəklənməsi bizim təhlükəsizliyimizdir. Biz bunu özümüz, polyaklar və polyak qadınları üçün edirik, başqa heç kim üçün yox”, – deyə o bildirib.

Onun sözlərinə görə, Polşanın təhlükəsizliyi dörd əsas sütun üzərində qurulur:

“Bunlar Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsi, Baltik dənizinin təhlükəsizliyinin təmin edilməsi, güclü iqtisadiyyat və düşünülmüş xarici siyasətdir”.

Tusk həmçinin Ukraynaya dəstəyi də Polşanın təhlükəsizliyinin əsas elementlərindən biri kimi göstərib.

Xatırladaq ki, bir müddətdir Polşa və Ukrayna arasında gərginlik davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: