6666

2026-cı il iyunun 23-də Naxçıvan şəhərində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası QHT Agentliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin tərəfdaşlığı ilə “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə təşkil olunub. Müzakirədə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu iştirakçıları məruzələrlə çıxış ediblər.

Globalinfo.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev türkman irsinin öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlar barədə məlumat verib.

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, türkman irsi üzrə tədqiqatçı Səkinə Qaybalıyevanın moderatorluğu ilə keçirilən elmi diskussiyada bildirilib ki, türkmanlarla qarşılıqlı əlaqələrin güclənməsi bu sahədə elmi axtarışların artmasına və mövcud bazanın da möhkəmlənməsinə böyük təkan verir.

“Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri, türkman irsi üzrə tədqiqatçı Orxan İsayev son vaxtlar Azərbaycanda mövzu ilə bağlı yeni araşdırmaların nəticələrini bölüşüb, türkman kimliyini formalaşdıran türk tayfaları, “türkman” etnoniminin mənşəyi, türkmanların köçü və məskunlaşma prosesi, müasir türkman toplumlarının vəziyyəti barədə hesabatla çıxış edib.
Türkman vətəndaş cəmiyyəti təmsilçisi Savaş Şahin Hürmüzlü təhsilin milli kimliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.

“Türkmaneli” qəzetinin baş redaktoru, yazıçı-jurnalist və tarixçi Necat Kevseroğlu Azərbaycan–İraq türkman ədəbi əlaqələrindən bəhs edib.

Bağdad Universitetinin müəllimi Siham Zəngi İraq-Türkman ədəbiyyatı və dili haqqında çıxış edib. O, qeyd edib ki, ana dilinin yaşadılması və milli dəyərlərin gələcək nəsillərə ötürülməsi çox vacibdir.

AMEA-nın müxbir üzvü, professor, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev türkman ədəbiyyatının zəngin tarixi və inkişaf mərhələləri barədə fikirlərini bölüşüb, bu ədəbi irsin Türk dünyasının ortaq mədəni xəzinəsi olduğunu diqqətə çatdırıb.

Qazi Universitetinin müəllimi Ömər Türkmənoğlu türkman musiqisindən bəhs edərək Azərbaycan və İraq-Türkman musiqisi arasında ortaq xüsusiyyətlərə toxunub. O, melodik quruluş, musiqi alətləri və ifa ənənələrində ciddi paralellərin müşahidə olunduğunu bildirib.

Türkman Xəbər Agentliyinin baş redaktoru və Milli Türkman Koalisiyasının rəhbəri Hüseyn Bozan və digərləri əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunublar.

Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "rbo İYUN 20 IVA" şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs və bunu deyən yazı "RAP EVENT SIRAB SIRAB RAI LN" şəkili ola bilərBir bunu deyən yazı "İYUN 202 XÇIVA iL" şəkili ola bilərBir cədvəl və platforma şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir platforma və mətn şəkili ola bilərBir platforma və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir cədvəl və platforma şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir mətn şəkili ola bilərBir dərs, cədvəl, platforma və mətn şəkili ola bilərBir bunu deyən yazı "Ο. 3T va TARİX 26-ジ儿 (L 26- ስ SIRAB SIRAB 福" şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir platforma şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilərBir dərs şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir dərs və kostyum şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir mətn şəkili ola bilərBir mətn şəkili ola bilərBir bunu deyən yazı "KMAN İRSİ: NİYYOT 2 D TARİX 00008 UN 2026- NSA V șa NAXÇIVAN TARİXİ PASA Hayat SIRAB R" şəkili ola bilərBir bir və ya daha çox şəxs və platforma şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.

Paylaş: