SON DƏQİQƏ! Türkiyənin daha bir şəhərində zəlzələ oldu – YENİLƏNDİ

Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda 4,7 maqnitudalı zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:25-də qeydə alınıb.

***

24.02.23  21:41

Türkiyənin Sivas şəhərində zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Bildirilib ki, Sivasın Gürün rayonunda yerli saatla 20:19-da 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin yerin təxminən 5,3 kilometr dərinliyində baş verdiyi bildirilir.