Bu gün “Beşiktaş” – “Antalyaspor” matçında duyğulu anlar yaşanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Superliqasının 14-cü turundakı matçın 04:17-ci dəqiqəsində azarkeşlər meydana oyuncaq atıblar.
Bildirilib ki, oyuncaqlar Türkiyədə baş verən zəlzələlərdən zərər çəkən uşaqlara göndəriləcək.
Dünyanın nüfuzlu saytları bu olayla bağlı məlumatlar yayımlayıblar.