abs rusiya 1 900x600 1 1

Rusiya və ABŞ enerji sahəsində, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG) və atom elektrik stansiyalarından istifadə etməklə məlumat mərkəzlərinin yaradılması istiqamətində birgə layihələri müzakirə edir. Yaxın vaxtlarda yeni təşəbbüslər elan oluna bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev məlumat verib.

Dmitriyevin sözlərinə görə, tərəflər Rusiya-Amerika layihələri ilə bağlı dəqiq fəaliyyət planına malikdirlər və həmin sxem üzrə irəliləyirlər. O qeyd edib ki, Arktikada mayeləşdirilmiş təbii qaz, eləcə də atom enerjisindən istifadə etməklə məlumat mərkəzlərinin yaradılması sahələrində əməkdaşlıq müzakirə olunur.

Dmitriyev layihələrin həyata keçirilməsinin müxtəlif tərəflərin müqaviməti səbəbindən kifayət qədər mürəkkəb getdiyini bildirib.

“Lakin düşünürəm ki, yaxın vaxtlarda daha bir neçə mühüm təşəbbüs elan edəcəyik. Buz artıq qırılıb. Əsas odur ki, bu proses xüsusi hərbi əməliyyatın başa çatmasından sonra deyil, elə indi baş verir”, – o vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Dmitriyev ABŞ ilə dizel yanacağı sahəsində razılaşmaların yaxın günlərdə əldə olunacağını açıqlayıb. O, tərəflər arasında əlaqələrin demək olar ki, hər saat davam etdiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: