iran israil ve abs nin natanzdaki nuve obyektlerine hucum etdiyini beyan edib 1772443933

İran ABŞ-ın ölkənin enerji obyektlərinə qarşı yönələn istənilən təhdidini cavabsız qoymayacaq.

Globalinfo.az xəbər verir ki, bunu İranın neft naziri Həmid Bovar bəyan edib.

“Düşmənin təhdidlərinə qarşı lazımi vaxtda dəqiq və adekvat cavab tədbirləri görəcəyik”, – deyə Bovar bildirib.

Nazir ABŞ-ın İrana qarşı hərəkətlərinin dünya üzrə enerji sektoruna mənfi təsir göstərdiyini də vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “CNN” Vaşinqtonun İranın enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün planlar hazırladığını xəbər verib. Məlumata görə, ABŞ bu məqsədlə arsenalındakı ən güclü qeyri-nüvə aviasiya bombası olan “GBU-43/B”dən istifadə variantını nəzərdən keçirir.

Təxminən 9,5 ton ağırlığında olan “GBU-43/B” bütün bombaların “anası” kimi tanınır.

“CNN”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərindən əvvəl və ya sonra hərbi əməliyyatların bərpasına göstəriş versə, Vaşinqton bu bombadan istifadə edə bilər.

İlk dəfə 2003-cü ildə sınaqdan keçirilən bu bomba 2017-ci ildə Əfqanıstanda İŞİD terror təşkilatının mövqelərinə qarşı tətbiq olunub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: