Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində miqrantlara qarşı reyd keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Sennoy bazarının yaxınlığında, Moskovski prospektində bir məhəlləni mühasirəyə alıblar. Həmin ərazidə yüzlərlə insanın ziyarət etdiyi ibadət yeri yerləşir.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Reyd zamanı yaxınlıqdakı hostellər və kafelər də yoxlanılıb, onlarla şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılanların qeydiyyat sənədlərini, miqrasiya kartlarını və işləmək üçün icazələrini yoxlayıblar.
Əməliyyata hərbi komissarlıqların əməkdaşları da cəlb olunub. Onlar Rusiya vətəndaşlığını yeni əldə etmiş əcnəbilərin hərbi qeydiyyata düşüb-düşmədiklərini yoxlayıblar.
“TASS”ın mənbəsinin sözlərinə görə, qeydiyyata alınmaq üçün hərbi komissarlığa gəlmələri barədə onlarla şəxsə çağırış vərəqəsi təqdim edilib.
Əliyar Xəlil