Rusiyanın Moskva şəhərindəki Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında gecə saatlarında tətbiq edilən uçuş məhdudiyyətlərindən sonra 106 reys gecikir. Aviaşirkətlər uçuş cədvəllərində dəyişikliklər etməyə başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ötən gecə tətbiq edilən məhdudiyyətlər nəticəsində 200-dən çox reys ləğv edilib və ya gecikib.
Moskva meri Sergey Sobyanin isə axşam və gecə saatlarında 94 pilotsuz uçuş aparatının ələ keçirildiyini bildirib.
Qeyd edək ki, bu, son bir həftə ərzində Moskva hava limanlarının fəaliyyətinin dayandırılması ilə nəticələnən üçüncü haldır.
Əliyar Xəlil