Böyük Britaniya ordusunun Baş Qərargah rəisi, general Roli Uoker müharibə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Teleqrаf” nəşri məlumat yayıb.
General yaxın vaxtlarda ölkənin siyasi liderlərinin müharibə vəziyyətində tələb oluna biləcək fədakarlıqlarla bağlı ictimaiyyətlə açıq və səmimi müzakirələr aparmalı olacağını bildirib. Onun sözlərinə görə, vətəndaşlar ordunun ölkənin təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu anlamalı, müdafiə və təhlükəsizliyin prioritetləşdirilməsi naminə müəyyən fədakarlıqlara hazır olmalıdırlar.
Yorkşirdə yerləşən Katterik hərbi qarnizonuna səfəri zamanı təxminən 700 hərbçi qarşısında çıxış edən general Böyük Britaniyanın yaxın gələcəkdə əsgərlərin döyüş əməliyyatlarında iştirakına ehtiyac duya biləcəyini vurğulayıb:
“Bəlkə də siz bunu bilmirsiniz, amma ölkəmizin sizə ehtiyacı olacaq”.
Uoker qeyd edib ki, əvvəllər Britaniya cəmiyyəti ordunun müharibədə iştirak etmək məcburiyyətində qalacağı bir dövr haqqında düşünmək istəmirdi. Lakin hazırkı geosiyasi vəziyyət və dünyada artan təhlükələr hərbi hazırlıq məsələsini yenidən gündəmə gətirib.