6ad23294150986ad232941509917921604046ad23294150966ad2329415097

Azərbaycan Mərkəzi Bankı proqnozlaşdırma imkanlarını təkmilləşdirmək məqsədilə məlumat analitikası və süni intellektdən istifadəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov “Global Finance” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamət pul siyasəti çərçivəsinin modernizasiyası üzrə əsas prioritetlər sırasındadır.

Kazımov qeyd edib ki, Mərkəzi Bank eyni zamanda faiz dərəcələrinin bazar faizlərinə ötürücülüyünü gücləndirməyi və AZIR-ə istinad edən maliyyə alətlərinin çeşidini genişləndirməyi nəzərdə tutur.

AMB sədri bildirib ki, bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsinə, pul siyasətinin effektivliyinin artırılmasına xidmət edəcək.

Paylaş: