“Qəbələ” bu gün Rusiya komandası ilə üz-üzə gələcək

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” klubu bu gün ikinci yoxlama oyununu keçirəcək.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi “Orenburq”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “qırmızı-qaralar” ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə gerçəkləşəcək.