Türkiyədəki zəlzələ ilə bağlı ŞOK RƏQƏM açıqlandı – RƏSMİ

“Fevralın 6-da ölkəmizdə baş verən zəlzələnin şiddəti 11 bal olub. Yəni tam dağıntı gücü hesab edilən 12 baldan əvvəlki səviyyə. İkinci zəlzələnin şiddəti isə 10-a bərabər olub. Bular çox böyük rəqəmlərdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar deyib.

“Report” yazır ki, Merkalli şkalası (MM) və Medvedev-Sponheur-Karnik (MSK) bu gün istifadə edilən əsas şiddət şkalalarıdır. Bu şkalalara görə, şiddəti V və daha kiçik olan zəlzələlər ümumiyyətlə tikililərə ziyan vurmur. VI-XII arası intensivliklər zəlzələlərin vurduğu zərər və qırılma, yarılma, sürüşmə kimi tapıntılar əsasında qiymətləndirilir.

Zəlzələ baş verdikdə seysmoloji mərkəzlərin elan etdiyi qiymətlərə görə, yalnız onun maqnitudası ifadə edilə bilər. Onun şiddəti zəlzələdən sonra, zərər çəkmiş ərazilərdə yaratdığı fəsadlara uyğun olaraq müəyyən edilir.