
Rusiya Prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı Məsud Pezeşkianla görüşündə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, Putin tərəflərin regiondakı mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib.
“Bilirsiniz, biz sizinlə regiondakı vəziyyət barədə təkbətək danışdıq. Əlbəttə, bu, narahatlıq doğurmaya bilməz. Təkcə sizin üçün deyil, ilk növbədə İranla sıx əməkdaşlıq edən ölkə kimi bizim üçün də narahatlıq doğurur. Biz qonşuyuq və çoxsaylı ortaq maraqlarımız var. Bütün bunları reallaşdırmağa çalışırıq”, – deyə Rusiya lideri bildirib.
Əliyar Xəlil,
Globlainfo.az