kiyev 1

Ukraynanın paytaxtı Kiyevdə çərşənbə axşamı axşam saatlarında hava hücumu xəbərdarlığı elan olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Belə ki, Kiyevdə hava hücumu sirenləri səsləndirilib.

Xəbərdarlıq siqnalı, həmçinin Kiyev vilayətində və Ukraynanın daha üç bölgəsində qeydə alınıb. Hər kəsə şəhərin mərkəzinə çıxmaq qadağası qoyulub.

Hadisə ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb. Vəziyyətlə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Dnepropetrovsk vilayətində mühüm infrastruktur obyektlərindən birində yanğın baş verdiyi barədə məlumat yayılmışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: