ABŞ prezidenti Donald Tramp Venesuelanın ABŞ-a qoşulmasını və onun 51-ci ştatı olmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Texasda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
O, Cənubi Amerika ölkəsinə işarə edərək deyib:
“Bu, çiçəklənən bir ölkəyə çevriləcək və kim bilir, bəlkə də bir gün çiçəklənən 51-ci ştata çevriləcək”.
Tramp həmçinin Venesuelada prezident seçkiləri əvəzinə qubernator seçkilərinin keçirilməsini təklif edib.
Tahir Turan
Globalinfo.az