Cumhurbaşkanı Erdoğan, Bahçeli'yi kabul ediyor

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı arasında bu gün Prezident Sarayında görüş keçirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

Görüşdə daxili və xarici siyasətdəki son proseslərin, eləcə də “Terrorsuz Türkiyə” və “Terrorsuz Bölgə” proseslərinin müzakirə olunacağı gözlənilir.

Görüşdə həmçinin Türkiyənin Şərqi Aralıq dənizində əldə etdiyi nailiyyətlərin və Cümhur İttifaqının gündəmindəki mühüm məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: