WhatsApp Image 2024 10 20 at 13.58.57

Ermənistan parlamentinin sədri Alen Simonyan 2018-ci ildə Ağdamda çəkdirdiyi fotoya görə peşman olduğunu bildirib. 

Globalinfo.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.

Simonyan o zamanlarda doğru düşünmədiyini söyləyib:

“Səhv etmişəm, həmin vaxt sizinlə eyni məntiqdə idim. Lakin Ağdamın adını “Akna” kimi təqdim etməmişəm”.

Qeyd edək ki, Alen Simonyan bundan öncə Qarabağın işğla müddətində də beynəlxalq hüquqa əsasən Azərbaycan torpağı olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: