
İsraildə 26-cı çağırış Knessetə keçirilən seçkilərdə səsvermənin başa çatmasına iki saat qalmış seçici fəallığı 74,3 faizə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin 12-ci televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, göstərilən rəqəm yerli vaxtla saat 20:00-a olan vəziyyəti əks etdirir.
Qeyd olunub ki, 1988-ci ildən bəri keçirilən seçkilərdə həmin saat üçün belə yüksək seçici fəallığı qeydə alınmayıb.
Hazırkı göstərici 2022-ci ilin noyabrında keçirilmiş əvvəlki parlament seçkilərinin yekun nəticəsini də üstələyib. Belə ki, həmin seçkilərdə seçici fəallığı 70,63 faiz olub.
Əliyar Xəlil,