Ukrayna muharibe putin zelenski

Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlar noyabrın 4-nə təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib. O bildirib ki, danışıqların perspektivləri ilə bağlı Avropa tərəfinin ehtiyatlı nikbinliyi var.

Tusk bildirib ki, Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra tərəflərin əvvəlki mövqelərini qoruduğunu qeyd edib.

Bununla belə, avropalı iştirakçılar diplomatik səylərin nəticə verə biləcəyinə dair “çox ehtiyatlı nikbinlik” ifadə ediblər.

Polşa hökumətinin başçısı, həmçinin Putinin telefon danışığından əvvəl Ukrayna və ABŞ ilə ilkin məsləhətləşmələrin aparıldığını vurğulayıb.

Tusk qeyd edib ki, Moskva ilə birbaşa əlaqələrin bərpasına baxmayaraq, Avropa Ukraynaya dəstəyini davam etdirəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: