Kukla Teatri Baki

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə eyni teatrın əməkdaşı Aynurə Əkbərovanı məhkəməyə verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktorun xüsusi ittiham qaydasında verdiyi şikayət icraata qəbul edilib.

Rəşad Əhmədzadə özünün rəhbərlik etdiyi teatrın əməkdaşından ona görə şikayət edib ki, Aynurə kütləvi informasiya vasitələri və sosial şəbəkədə yayımlanan videomüraciətində işlədiyi teatrda korrupsiya halları olduğunu deyib. O iddia edib ki, qanun pozuntularından danışdığı və prokurorluğa müraciət etdiyi üçün müxtəlif təzyiqlərlə üzləşib.

Teatrın direktoru isə xanımın bu ittihamlarını böhtan hesab edərək məhkəmədən onun cəzalandırılmasını xahiş edib.

Abşeron rayon Məhkəməsinin qərarı ilə Aynurə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirləndirilən şəxs qismində tanınıb, şikayətin araşdırılması icraata götürülüb.

Xanımın təqsirli bilinsə, onu 1500 manata kimi cərimə, islah işləri, ən ağır şəraitdə isə 6 aya kimi həbs gözləyir.

Qeyd edək ki, Aynurə Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır.

Paylaş: