Türkiyədə zəlzələdə ölənlərin sayı 20 mini ötdü – YENİLƏNİB

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 213 nəfərə çatıb.

Yaralı sayı 80 052 nəfərə yüksəlib.

***22:00

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 19 875 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 79 717 nəfər yaralanıb.

***18:30

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

***16:05

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ nəticəsində yaralananların sayı 75 523 nəfərdir.

“76 mindən çox vətəndaşımız zəlzələ bölgəsindən təxliyə edilib”, – o əlavə edib.

***10:28

Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində yaralananların sayı 74 242 nəfərdir.

Zaira Akifqızı
Globalinfo.az