Tarixi kəndimizə girən iki erməni saxlanıldı

Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Bildirilib ki, onlar hazırda Noyemberyan Polis İdarəsindədirlər.

Hər iki şəxsin əraziyə icazəsiz girdikləri üçün saxlanıldıqları qeyd edilib.

Tamerlan Yayaqan
Globalinfo.az