Türkiyənin Qaziantep vilayətində 4,6 maqnitudada zəlzələ olub.
Globalinfo.az “Report”a istinadən bildirir ki, zəlzələnin episentri Nurdağı rayonunda, ocağı 7 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi Qaziantep, Qəhrəmanmaraş, Kilis, Osmaniyyə və Hatay vilayətlərində hiss olunub.
Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.