sepah 1

SEPAH ABŞ-ın regiondakı bazalarına raket zərbəsi endirdiyini bildirir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sirik və Qeşm adasına hücumundan sonra ABŞ ordusunun regiondakı bazalarının SEPAH Hərbi Hava Qüvvələrinin raketlər ilə hədəfə alındığını açıqlayıb.

SEPAH bəyanatda bu gün səgər saatlarında iki ABŞ tankerinin Hörmüz boğazından qanunsuz şəkildə çıxmağa cəhd etdiyini, xəbərdarlıqdan sonra onlardan birinin hədəfə alınaraq dayandırıldığını, digər qayda pozan gəmilərin isə geri qayıtdığını bildirib.

Bəyanatda qeyd olunub ki, bu hadisədən sonra ABŞ pilotsuz uçuş aparatları Qeşm adasında bir rabitə qülləsini və Sirikdəki bir qülləni iki mərmi ilə vurub.

SEPAH bildirib ki, ABŞ-ın bu təcavüzünə cavab olaraq Küveytdəki iki ABŞ hərbi hava bazası — Əli əs-Salim bazası və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasına məxsus mühüm obyektlər SEPAH Hərbi Hava Qüvvələrinin ballistik raketlərinin atəşinə məruz qalıb.

Paylaş: