Elçibəyin sabiq müşaviri öldü: hadisəni bu şəxs törədib – FOTO

Dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.

Bu barədə Globalinfo.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.

Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A.Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə Globalinfo.az-a bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.

Belə ki, Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

***12:30

Noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini – 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub.

Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilinb.

Qeyd edilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.

Araşdırma aparılır.

X X X

Tanınmış alim Arif Acaloğlu yol qəzasında həlak olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, onu vuran “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyi məlum olub.

Avtomboili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Oxu.az - Azər Maqsudov: “Metil spirti ilə zəhərlənmədən səkkiz nəfər vəfat edib”

Azər Maqsudov

***11:38

Türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlu vəfat edib.

Globalinfo.az xəbər verir ki, alim Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi Bakıda yol qəzasında həyatını itirib.

A.Acaloğlu 1956-cı ildə Borçalının Kəpənəkçi kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.

O, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.

O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.

Qeyd edək ki, həmin müddətdə Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy olub.