Türkiyənin Muğla vilayətində meşə yanğınının söndürülməsinə cəlb olunan təyyarə qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, hadisə eniş zamanı baş verib.
Təyyarədə yaranan nasazlıq səbəbindən pilot tarlaya məcburi qəza eniş edib.
Qəza nəticəsində pilot xəsarət alıb.
Onun həyatı üçün təhlükə olmadığı bildirilib.