Türkiyənin Afyonkarahisar şəhərində axşam saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Oxu.Az–a istinadən xəbər verir ki, on avtomobilin iştirak etdiyi qəza sanki döyüş bölgəsinə çevrilib.
İlkin məlumata görə, 18 nəfər yaralanıb.
Qəza Karahisar tuneli çıxışında meydana gəlib. Hadisə yerinə polis, xilasetmə və tibbi qruplar sövq ediliblər.
Bəzi avtomobillərdə ilişib qalan yaralılar çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza səbəbindən Afyonkarahisar-Antalya yolunda uzun avtomobil tıxacı yaranıb, ərazidə xilasetmə və istintaq işləri davam etdirilir.