dea6af63 1bb3 3114 aae0 e52b40d6ce64 850

Anomal istilərə görə Türkiyənin İzmir vilayətinin Menderes rayonunda güclü meşə yanğını başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İzmirdə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Türkiyə Silahlı Qüvvələrinə məxsus 3 ədəd “Cougar” helikopteri və iki ədəd “CH-47” helikopteri cəlb edilib.

Yanğının söndürülməsində idarənin 4 təyyarəsi, 8 helikopteri, 25 su tankeri, buldozer və onlarla yanğınsöndürən iştirak edir. Ehtiyat tədbiri olaraq yanğın zonasına yaxın kənddə yerləşən bir neçə yaşayış binası təxliyə edilib.

Globalinfo.az

Paylaş: