Türkiyədə daha bir güclü zəlzələ oldu – YENİLƏNDİ

Türkiyədə güclü zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Kahramanmaraş vilayətində baş verən zəlzələnin gücü 5,3 bal olub.

Yeraltı təkanlar yerin 5,4 kilometr dərinliyində baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə zəlzələnin gücünün 5,1 bal olduğu məlumatını yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 22:31-də meydana gəlib.

***22:32

Türkiyənin Kahramanmaraş və Adıyamanın vilayətlərində yenidən zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Afet və Acil Durumlar (AFAD) xidməti məlumat dərc edib.

Məlumata görə, ilk zəlzələ Kahramanmaraşın Göksun rayonunda 3,9 bal, daha sonra Adıyamanın Çelikhan rayonunda isə 4,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.