“Sizi tərk etmədik, mübarizə apardıq” – Ərdoğan

“Zəlzələdən zərər görənləri heç vaxt tərk etməmişik”.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə çıxışında deyib.

“Hər yerdə çağırışlara cavab vermək üçün mübarizə apardıq. Nazirliklər və digər qurumlar dağıntılar təmizlənməyənə qədər ərazidən ayrılmadı”, – deyə Ərdoğan bildirib.