Türkiyədə avtobus aşdı: ölənlər var

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb.

Globalinfo.az xəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.