
Türkiyənin Çanaqqala vilayətində Çanaqqala-Ezinə magistral yolunda sərnişin avtobusu, odun daşıyan yük maşını və minik avtomobili toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Dərhal sonra hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub.
Qəzada həyatını itirənlər arasında yük maşınının və avtobusun sürücüləri də var. Yaralıların vəziyyəti barədə hələlik açıqlama verilməyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aysel Əliyeva
Globalinfo.az