Türkiyə səfiri Şuşadan maraqlı fotolar paylaşdı

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya səfər edib.

Globalinfo.az bildirir ki, bu barədə səfir tviter hesabında məlumat verib.

“Azad Şuşada səhər yürüşü etməyi və günəşin doğuşunu izləməyi tövsiyə edirəm. Qarabağ Azərbaycandır!”, – deyə səfir qeyd edib.

O, daha sonra Şuşanın köhnə şəkillərini paylaşaraq əlavə edib: “Sübh çağı Şuşanın dağıdılmış köhnə və yeni  küçələri arasında gəzərkən məni bürüyən kədər hissi Qarabağın azadlığı, Şuşanın inkişafı coşğuya çevirdi. Şükür bizə bu günləri yaşadan Rəbbimə!”.