Türk ölkəsi qarışdı: dövlət çevrilişinə cəhd – VİDEO

Qırğızıstanda dövlət çevrilişinə hazırlaşan 30-dan çox şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.

“Kütləvi iğtişaşlar və itaətsizlik aksiyaları törətməklə hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran şəxslər saxlanılıblar”, – qurumdan deyilib.

Ümumilikdə 100-dən artıq şəxsin daxil olduğu sui-qəsdçilər qrupunun 30-dan çox üzvü saxlanılıb və onlar əməllərini etiraf ediblər. İstintaq orqanlarının versiyasına görə, əsas təşkilatçı ictimai fəal, “Eldik Keneş” (Xalq Şurası) siyasi partiyasının sədri Roza Nurmatovadır.

Qeyd olunur ki, sözügedən cinayətkar dəstə il ərzində öz cərgələrinə insanların cəlb olunması üçün məqsədyönlü fəaliyyət göstərib. R.Nurmatovanın rəhbərliyi ilə cəlb olunan şəxslərin dövlət orqanlarına qarşı ideoloji cəhətdən hazırlanması və hakimiyyətin zorla ələ keçirilməsi planları müzakirə edilib.

Tahir Turan
Globalinfo.az