Rusiya qalib gəldi: “Azadlıq radiosu” türk dövlətində qadağan edildi

Bişkekin Lenin rayon məhkəməsi “Azadlıq radiosu”nun Qırğızıstandakı fəaliyyətini qadağan edib.

Globalinfo.az xəbər verir ki, məhkəmə Qırğızıstan Mədəniyyət Nazirliyinin vəsatəti əsasında baş tutub. Vəsatətin verilməsinə səbəb radionun Qırğızıstan-Tacikistan sərhədində baş verənlərlə bağlı yayımlanan yazının silinməsindən imtina edilməsi olub. Rəsmi Bişkeki qəzəbləndirən radionun Qırğızıstanı Tacikistana hücumda şübhəli bilməsi olub.

Radio hökumətin iddialarını təkzib edib və tələbə bundan sonra da tabe olmayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Qırğızıstanı son zamanlar çoxlu sayda ABŞ nümayəndəsi ziyarət etsə də, Bişkek israrla Moskva ilə münasibətlərin sıxlaşdırılmasını müdafiə edir. Üstəlik, Qırğızıstan lideri 9 mayda Rusiyadakı hərbi paradı ziyarət edən yeganə dövlət başçısı olacaq.

İlkin Həsənov
Globalinfo.az