Terrorda şübhəli bilinənlərin avtomobili Ukrayna ilə sərhəddə saxlanıldı

“Krokus Siti Holl”da terror aktı törətmək şübhəli bilinən şəxslərin qaçdıqları avtomobil Ukrayna ilə sərhəd Bryansk vilayətində saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, terrorda şübhəli bilinən şəxslərin qaçdığı avtomobilin saxlanmasının təfərrüatları barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat yayıb.

Onun yazdığına görə, terrorda şübhəli bilinən şəxslərin olduğu ağ rəngli “Renault” Bryansk vilayətinin Karaçinsk rayonunun Xatsun kəndi ərazisində saxlanılıb. Terrorçulardan bir nəfərinin hadisə yerinə saxlanıldığı, digərinin isə bir qədər sonra yaxalandığı bildirilib. Qalan şübhəli şəxslərin isə meşədə gizləndiyi qeyd olunub.

Onların avtomobilindən “PM” markalı tapança, “AKM” avtomatı, güllə daraqları Tacikistan vətəndaşının pasportu aşkarlanıb.

Qeyd olunub ki, terrorda şübhəli bilinən şəxslər sərhəd Bryansk vilayətindən Ukrayna tərəfə keçməyi planlaşdırıblar.

“Baza” Teleqram kanalı Bryanskda saxlanılan şəxslərdən Muxammadsobir Fayzovun fotosunu yayıb.