Mikayıl Cabbarov Azərbaycan güləşçilərinə uğurlar arzuladı – FOTO

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov bu gün Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku ilə bağlı paylaşım edib.

Globalinfo.az bildirir ki, AGF rəhbəri yarışda Azərbaycan millisinə uğurlar arzulayıb.

“Azərbaycanda yunan-Roma güləşi üzrə Dünya Kuboku başlayır. Əzm, möhkəm iradə və məharət tələb edən yarışda güləşçilərimizə yüksək əhval-ruhiyyə və qələbə arzulayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq.