ABŞ-da federal hökumət fəaliyyətini qismən dayandırıb.
Globalinfo.az xəbər verir ki, səbəb kimi maliyyət çatışmazlığı göstərilib.
“Oktyabrın 1-də səhər saatlarında ABŞ Konqresi yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyinə görə federal hökumət fəaliyyətini dayandırdı”, – bəyanatda qeyd olunub.
Məlumata görə, bu müddət ərzində dövlət qurumlarının maliyyə xərclərini həyata keçirməsinə icazə verilmir:
“Dövlət işçilərinin əksəriyyəti ödənişsiz məzuniyyətə çıxmağa məcbur olacaq. Bununla belə, tibb işçiləri, sərhədçilər, hərbi qulluqçular, nəqliyyat işçiləri və başqaları kimi vəzifələri vacib hesab edilən işçilər öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Lakin onların maaşları verilməyəcək”.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp federal hökumətin yaxın vaxtlarda bağlana biləcəyini açıqlamışdı. Tramp, Demokratların qeyri-qanuni miqrantlara pulsuz səhiyyə xidməti göstərmək istədiyini iddia edərək, bunun ölkəyə böyük yük gətirəcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az