stiv

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff  ilk dəfə Azərbaycan-Ermənistan dialoqunda iştirakına eyham vurub.

Globalinfo.az xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.

Uitkoff ABŞ-ın təsirli ola bilməyəcəyi hallarda vasitəçiliyə cəlb olunmasının düzgün olmadığını deyib.

“Niyə ABŞ-ın vaxtını boşa sərf edirsiniz? Niyə mən prezidentin yanına gəlib təklif etməliyəm ki, dialoq yolu ilə nəyisə edə bilərik, sonra isə bunu bacarmayaq. Bu, pis siyasi strategiyadır”, – deyə o bildirib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, qiymətləndirmələr aparandan sonra iştirakın mənası olar:

“Bu hesablamalar təkcə İran, Rusiya və Ukraynaya deyil, Azərbaycan və Ermənistana da şamil edilir. ABŞ danışıqlarda yalnız real təsir imkanlarına malik olduğu hallarda iştirak etməlidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: