Ermənistan Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq planları barədə təşkilatı məlumatlandırmayıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev Moskvada keçirilən Kollektiv Təhlükəsizliyin Təmin Edilməsi üzrə Beynəlxalq Forumun kuluarlarında TASS-a müsahibəsində bildirib.
“Baş nazir şəxsən mənə, eləcə də bir çox başqa şəxslərə MDB-də qalacaqlarını deyib. Ermənistanın birlikdən çıxmaq niyyətində olduğuna dair heç bir bəyanat eşitməmişik”, – Lebedev qeyd edib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin MDB çərçivəsində iştirakını davam etdirdiyini, lakin təşkilatın bəzi fəaliyyətlərində iştirak etmədiyini bildirmişdi.