ABŞ hələ də Ukrayna ilə birlikdə, həmçinin Avropa ölkələrinin iştirakı ilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün komponentlərin birgə istehsalı imkanını nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker “Fox Business” telekanalına müsahibəsində deyib.
“Prezident Donald Trampın mövqeyində hər hansı dəyişiklik olduğunu düşünmürəm. Söhbət, aydındır ki, ixracına ciddi nəzarət edilən “Patriot PAC-3” raketlərindən gedir və biz onların ABŞ istehsalçısından başqa heç kimin Birləşmiş Ştatlarda istehsalına icazə vermirik, lakin sənaye bazasını genişləndirmək və Ukrayna ilə Avropanın müdafiəsini gücləndirmək məqsədilə ukraynalılar və avropalılarla birgə istehsal imkanları mövcuddur. Hazırda bu istiqamətdə bir sıra sazişlər üzərində işləyirik”, – deyə Uitaker bildirib.
Aysel Əliyeva
Globalinfo.az