1752573665 tramp azerbaycan

ABŞ Prezidenti Donald TrampAzərbaycan” sözünü əvvəllər tələffüz etməkdə çətinlik çəkdiyini etiraf edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Sülh Şurasının iclasında çıxışı zamanı danışıb.

Dövlət başçısı bildirib ki, artıq ölkənin adını çox bəyənir və onu deməkdən zövq alır.

İlham Əliyev Azərbaycanın Prezidentidir. Mən bu adı (Azərbaycan) bəyənirəm. Əvvəlcə onu tələffüz etmək mənim üçün çətin idi, amma indi bəyənirəm. Çox gözəl bir addır”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidentinin çıxışı Ağ Evin rəsmi “YouTube” kanalında yayımlanıb.

Çıxış zamanı Donald Tramp Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması məsələsinə də toxunub və bunun region üçün mühüm addım olduğunu vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: