ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evin Oval kabinetindən bəyanatla çıxış edəcək.
Globalinfo.az xəbər verir ki, dövlət başçısının rəsmi cədvəlinə əsasən, müraciətin mövzusu hələlik açıqlanmayıb.
“Saat 14:00-da (Bakı vaxtı ilə 22:00) prezident bəyanatla çıxış edəcək və canlı yayımlanacaq”, – Trampın iş qrafikində bildirilib.
Qeyd edək ki, D.Tramp əvvəllər də mühüm xarici və daxili siyasət bəyanatları üçün oxşar formatlardan istifadə edib.
Əliyar Xəlil
Globalinfo.az